Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Rusiyada toy karvanında atəş açan azərbaycanlı saxlanıldı

14-08-2019, 18:18 Baxış: 36
Rusiyada toy karvanında atəş açan azərbaycanlı saxlanıldı
Rusiyada toy karvanında atəş açan azərbaycanlı saxlanılıb.
Hadisə avqustun 11-də Sankt-Peterburq şəhərinin ətraf ərazisində baş verib. Belə ki, azərbaycanlı toy karvanındakı "Land Rover” markalı maşından odlu silahla havaya atəş açıb. Polis sözügedən avtomobili saxlayıb. Rusiya vətəndaşı olan 34 yaşlı azərbaycanlıdan Qrand Pover (Grand Power) tapançası götürülüb. Onun silahı gəzdirməyə icazəsi olub. Atəş nəticəsində heç kəs xəsarət almayıb. Baş vermiş hadisə xuliqanlıq kimi təsnif edilib.
Ona qarşı başqa yerə getməmək haqqında iltizam tədbiri seçilərək sərbəst buraxılıb.