Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Tbilisidə gürcü tarixçinin “İrəvan xanlığı” kitabının təqdimatı keçirilib

13-12-2019, 15:03 Baxış: 41
Tbilisidə gürcü tarixçinin “İrəvan xanlığı” kitabının təqdimatı keçirilib
Tbilisidə Gürcüstanın Milli Muzeyində "İrəvan xanlığı” kitabının təqdimat mərasimi keçirilib.
 
 Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabın müəllifi Gürcüstan Milli Muzeyinin baş kuratoru, tarixçi, professor Eldar Nadiradzedir.
 
Müəllifin 70 illik yubileyinə həsr olunan təqdimat muzeyin direktoru, professor David Lortkipanidzenin rəhbərliyi ilə təşkil olunub.
 
Nəşrdə İrəvan xanlığının tarixi və hökmdarları, İrəvan qalası uğrunda döyüşlər, xanlığın Azərbaycan tarixindəki rolu barədə ətraflı məlumatlar əks olunub.
 
Kitaba Gürcüstanın Milli Muzeyində qorunub saxlanan və İrəvan xanlığının tarixini əks etdirən fotolar, rəsmlər və unikal eksponatların fotoşəkilləri daxil edilib.
 
 
Tədbirdə Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundovun Gürcüstanın Milli Muzeyi ilə İrəvan xanlığının tarixi və irsinin tədqiqatı və geniş yayılması üzrə birgə layihənin həyata keçirilməsindəki mühüm töhfələri xüsusi qeyd olunub.
 
E.Nadiradze jurnalistlərə bildirib ki, nəşr üzərində üç il ərzində iş aparıb.
 
Müəllifin sözlərinə görə, "İrəvan xanlığı" kitabı onun Azərbaycanla bağlı olan üçüncü kitabıdır.
O, nəşrdə yer alan materialların tarixi həqiqət olduğunu deyib.
 
Müəllif kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, gürcü elm xadimləri və tarixçilər iştirak ediblər.