Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

İstanbul kanalı: 4 kənd məhv olacaq...

25-12-2019, 10:42 Baxış: 1 179
İstanbul kanalı: 4 kənd məhv olacaq...
 
"Kanal İstanbul" layihəsi ilə bağlı açıqlanan hesabata əsasən, 4 kənd yox olacaq. Yaranacaq su probleminin Mələn su anbarı vasitəsilə həll ediləcəyi bildirilir, ancaq o su anbarının hansı vəziyyətdə olduğunu bilirik.
 
Bunu "Kanal İstanbul" layihəsi ilə bağlı ƏMTD şirkətinin (Ətraf Mühitə Təsirin Dəyərləndirilməsi) hazırladığı 1595 səhifəlik hesabatı şərh edən türkiyəli jurnalist Murad Ağırel bildirib.
 
"Kanal İstanbul"un açılması ilə problemlərin yaranacağını deyən Ağırel həllin Mələn su anbarı ilə yoluna qoyula bilməyəcəyini vurğulayıb:
 
"Hazırda Mələndə çat var, tədbir görmək olmur.
 
Yeni Mələn su anbarını inşa etmək üçün 7 il vaxt lazımdır.
 
İnşaat başlasa, şəhərin Avropa hissəsinin su ilə necə təmin ediləcəyi hesabatda bildirilməyib. 25-30 gün Avropa hissəsini idarə edə biləcək Sazlıq su anbarı bağlanacaq. Orada da olan 11 ədəd quş növü yox olacaq. Bunlar hesabatda bildirilib".
 
Qeyd edək ki, "İstanbul kanalı" eyniadlı meqapolisdə yaradılması planlaşdırılan layihədir.
 
Buradan müxtəlif təyinatlı gəmilərin keçidi nəzərdə tutulur.
 
Kanalla bağlı ilk ideya 2011-ci ildə Ərdoğan tərəfindən, baş nazir olduğu dönəmdə irəli sürülmüşdü. Sözügedən layihə xalq arasında "çılğın layihə" də adlandırılır.