Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Qəzaya düşən təyyarənin pilotunun dialoqu ortaya çıxdı

6-02-2020, 09:59 Baxış: 24
Qəzaya düşən təyyarənin pilotunun dialoqu ortaya çıxdı

 
Dünən qəzaya düşən İzmir-İstanbul reysi üzrə hərəkət edən "Boinq 737-800” təyyarəsinin pilotu ilə Sabiha Gökçən Hava Limanının dispetçer məntəqəsi arasındakı qəzadan öncəki dialoq ortaya çıxıb.
 
Dialoqu "Hürriyyət” yayıb. Məlumata görə, dispetçer pilota onlardan öncə enən təyyarənin güclü quyruq küləyinə məruz qaldığını raport edib.
 
Digər tərəfdən qəzaya düşən təyyarə enməzdən öncə dispetçerin başqa təyyarənin pilotuna etdiyi müraciət də diqqət çəkib. Belə ki, dipetçer yanaşmadakı küləklə Yerdəki külək arasında uyğunsuzluğun olduğunu və buna görə də 10 dəqiqəlik əməliyyatları dayandıracaqlarını söyləyib.
 
Qeyd edək ki, ötən gün "Peqasus” aviaşirkətinə məxsus Boinq-737 təyyarəsi Sabiha Gökçən hava limanına sərt eniş edib, daha sonra isə uçuş zolağından çıxaraq torpaq üstdə 40 metrə qədər sürünüb.
 
Təyyarə 3 hissəyə parçalanıb və yanğın baş verib.
 
Qəza nəticəsində 3 nəfər ölüb, 179 nəfər yaralanıb.