Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

İranda parlament seçkiləri yubanma ilə başa çatdı

22-02-2020, 08:44 Baxış: 31

İranda parlament seçkiləri yubanma ilə başa çatdıİranda seçki məntəqələri bağlanıb və parlament seçkiləri başa çatıb.
Parlament seçkiləri ötən gün yerli vaxtla saat 8:00-də (Bakı vaxtı ilə saat 8:30-da) başlayıb. Səsvermələr saat 18:00-da (Bakı vaxtı ilə saat 18:30-da) qurtarmalı idi. Lakin bir sıra məntəqələrdə səsvermələrin müddəti artırılıb. Hakimiyyət orqanları bildirib ki, bu, seçicilərin sayının çoxluğu ilə əlaqədardır.

Səsvermə nəhayət Bakı vaxtı ilə saat 00:30-da başa çatıb. Seçkilərin keçirilməsi üzrə qərargahın rəsmi nümayəndəsi İsmayıl Musavi səsvermələrin başa çatdığını bildirib.