Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Gürcüstanda dövlət bayraqları endirildi

25-02-2020, 09:47 Baxış: 63
Gürcüstanda dövlət bayraqları endirildi
 
Gürcüstanda bu gün sovet işğalının 99-cu ildönümü tamam olur.
 
Bununla bağlı ölkənin bütün dövlət qurumlarında bayraqlar endirilib. Dövlət bayraqları Gürcüstan prezidentinin sarayı, parlament, hökumət və digər dövlət idarələrinin binalarında da endirilib.
 
Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib. Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i Sovet işğalı
 
günü elan olunub.
 
Ölkə üzrə dövlət bayraqları hər il məhz bu tarixdə işğalın yüz minlərlə qurbanının xatirəsinə ehtiram əlaməti olaraq endirilir.