Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8427
  • RUB0,0220
  • NEFT$30.64
^
XƏBƏR LENTİ

TÜRKİYƏ NƏDƏN SAVAŞIR, NƏ İSTƏYİR?

2-03-2020, 10:39 Baxış: 32
TÜRKİYƏ NƏDƏN SAVAŞIR, NƏ İSTƏYİR?

Türkiyə-Rusiya balansında, görürəm ki, bizdə qardaş Türkiyəni haqsız kiçiltmə gedir, amma yanlışdır, Türkiyə güclü, üstün və qətiyyətlidir.
 
Qardaş Türkiyənin başı doğurdan da, ilk dəfə, onilliklərdə olmamış qədər, qarışıqdır. Söhbət onun bir dövlət kimi daxili problemindən yox, xarici, regional, geosiyasi mövqeyi uğrundakı çarpışmasından gedir.
 
Çarpışmalıdırmı, buna dəyərmi? Görünür, çarpışmalıdır, qaçılmazdır! Niyə?
 
Ona görəki, Türkiyə hər cəhətdən böyük, potensiallı, coğrafi mövqe üstünlüklü, həm də müasir və tarixi hərbi güc potensialına malikdir.
 
İqtisadi cəhətdən dünya 20-liyi, hərbi cəhətdən dünya 4-lüyünə daxildir.
 
Bütün bunlar var ikən, Türkiyə niyə, heç olmasa, öz regionunda sözü, qüdrəti keçən güc dövləti mövqeində olmasın?
 
Nədən başqa uzaq dövlətlər onun regionunda onu saya almadan, hətta onun təhlükəsizliyinə problem yaradan hegemonluq etsin?
 
Nədən ki, Türkiyə bu qədər güclü, qüdrətli dövlət olmaqla regiondakı məsələn, Livan, İordaniya kimi kiçik dövlətlər səviyyəsində görünsün?
 
Bəsdir artıq..
Artıq Türkiyə region səviyyəsində öz geosiyasi maraqlarına laqeyd qalmamağa başlayır.
Liviya, Aralıq Dənizinin özünə yaxın bölgəsi, Suriya və digər bu ətrafdakı maraqlarının təmininə diqqət yetirməyə başlayır.
 
Sual qoyur ki, cənub qonşu, 900 km həmsərhəd olduğu, içərisində 3 milyon qardaş türkmən türkü milləti yaşadığı, oradakı münaqişədən 3 milyon yarım insanın Türkiyəyə axışdığı Suriyaya, niyə, uzaq ölkələr milli maraq adı ilə müdaxilə etsin, mən qonşu Türkiyə yox?
 
Və niyə, bir neçə il əvvəl ABŞ, Avropanın təşkil etdiyi 62 dövlətdən ibarət beynəlxalq koalisiya Suriyaya müdaxilə edib, "Ərəb baharın" davamı olaraq, müxalif qüvvələrə dəstək verib
Əsədi devirdiyi anda mən Türkiyə, NATO müttəfiqlərin əksinə gedərək Rusiyaya dəstək verib, onun da Suriyada rahat, hegemon durumunu tam təmin etdim və bu gün Rusiya, mən Türkiyəyə, Suriya məsələsində, öz İran əlaltısı kimi yanaşsın?
 
Və buna görə, sadəcə bir İdlib bölgəsinə görə mən vacib müttəfiqinə təpgi göstərsin?
 
Yaxşı bilərək ki, İdlib bölgəsinin Əsəd rejiminə təhvili Türkiyə üçün həm qaçqın həm təhlükəsizlik problemidi.
 
Təsəvvür edin, Türkiyə Ukrayna hökuməti ilə bir hərbi müqavilə bağlayır və soxulur Ukraynaya ki məni Zelenski dəvət edib və tələb edir ki, Krimı, Donbassı Rusiya azad etsin. Bu necə olar, bəs?
 
Özü də bir halda ki, Suriya bölgəsi və konfliktini götürsək, Türkiyə Rusiyadan üstün mövqedədir ki, zəif deyil.
 
Türkiyənin qoşunu, NATO alyansı üzrə ABŞ-dan sonra sayca 2-cidir.
 
Hərbi texniki qüvvəsi üzvü olduğu NATO səviyyəsindədir. Və türk əsgərinin döyüş ruhu çox güclüdür, genetik tarixi və psixoliji baxımdan döyüşə girdisə, heç bir şey, yaralanma, ölüm gözü önünə gəlmir, bir, düşməni məhv etməkdən savayı.
Həmdə Türkiyənin tam qanuni ixtiyarı var ki, Rusiyanın gəmilərini Qara dənizdən Bosfor boğazından Aralıq dənizi vasitəsilə Suriyaya yardıma buraxmasın.
Və bu məsələdə ən əsas amil, Türkiyənin öz, çoxsaylı neçə yüz minlik quru qoşununu qısa müddətdə Suriyaya yeritmə imkanıdır.
 
Müharibə isə, əsas quru qoşunla udulur. 5-10 qırıcı-bombardmançı təyyarə gedişata heç bir təsir edə bilməz və bu təyyarələrin də vurulması elə də çətin deyil indi müasir texnika qarşısında. Bir də ki, Türkiyə axı NATO üzvüdür və Rusuya ilə qarşıdurma savaş Qərbin xeyrinədir.
 
Ona görə Türkiyəyə açıq-gizli hər cür dəstək verəcəklər, hərbi, iqtisadi və sair hər tərəfli, Türkiyənin turist və pomidir zərərləri kompensasiyasından tutmuş.
Artıq başlayıblar. Deməli Rusiya Türkiyənin hesabına Suriyadakı yuxarı imkanlarını artırıb da, sonda Türkiyəni 2- ci, 3-cü dərəcəli dövlət, qüvvə hesab etməkdə xeyli səhv edib.
Bu halda onun 2 yolu qalır.
 
Ya, Suriyanı alıb da tamamilə Bəşər Əsədə təhvil verməklə ölkəni tamam öz təsirində saxlamaq xəyalından vaz keçməlidir.
 
Türkiyə ilə bərabər hüquqlu danışığa gedib, Suriyanın şimal-qərb Idlib və Hələb bölgəsindən Türkiyənin və həm Suriya müxalif qüvvələrin xeyrinə vaz keçməli.
 
Ya da, Əsəd hökumət qüvvələri, İranın əl-Qüds ordusu və hazırda əl altdan danışıqlar apardığı 30 minlik kürd silahlı qüvvələrini birləşdirərək, Türkiyənin üstünə yeritməlidir. Rusiya özüTürkiyə ilə  bu savaşa birbaşa girməz.
 
   Birincisi, dərin savaşla Rus qoşunu Suriyada pis ilişib qala bilər necə ki, Əfqanıstanda ilişdi .
 
Ikinci, Rusiya üçün Suriyaya quru qoşun, texnika yeritmək və onun təchizatı çox problemlidir.
 
Bu variantda isə, yəni Əsəd rejimi, İran və kürd birliyinin Türkiyə mövqeləri üzərinə yürüməsi, Türkiyə üçün Suriyaya böyük qoşun yeridib və genişmiqyaslı müharibə aparmasına və hətta, hücum edib Dəməşqi alıb, Əsədi devirməsinə də gətirib çıxara bilər.
 
Bu variant da çox realdır. Bununla belə, real görünən Rusiya və Türkiyə arası razılaşma, barışıqdır Suriya məsələsində, Türkiyə üçün böyük güzəştlərlə.
 
Bu isə, bundan sonra Türkiyənin bir güc dövləti olaraq dünyada və ən azı, regionda irəliyə çıxması, onun Qərblə münasibətlərinin yaxşılaşması, Ərdoğanın da Türkiyə daxilində siyasətinin dünyəviliyə dogru yön almasına gətirib çıxara bilər.
Həm də ki gələcəkdə Türkiyənin Avropa Birliyinə yolunu da aça bilər.
 

İlqar Altay Hūquqşūnas-kriminalist