Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8427
  • RUB0,0220
  • NEFT$30.64
^
XƏBƏR LENTİ

Ərdoğan: “Putin maşına qədər bizi yola saldı, lakin bunu göstərmirlər”

10-03-2020, 15:53 Baxış: 24
Ərdoğan: “Putin maşına qədər bizi yola saldı, lakin bunu göstərmirlər”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi nümayəndə heyətinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş öncəsi Rusiya telekanalında qapıda gözlədilməsini əks etdirən süjetə münasibət bildirib.
 
Brüsseldən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti deyib ki, Türkiyə-Rusiya əlaqələri bu cür media manipulyasiyalarına qurban edilə bilməz.
 
"Bu məsələ ilə bağlı qarşı tərəfdən aidiyyəti şəxslərlə əlaqə saxlanılıb.
 
Rusiya tərəfi bunun məqsədli şəkildə edilmədiyini, özlərinin də bu məsələdən ciddi şəkildə narahat olduqlarını ifadə etdilər.
 
Sıradan bir prosesin kimlərsə tərəfindən manipulyasiya edilməsi əslində niyyətin yaxşı olmadığını göstərir.
 
Putinin iş otağı bir ucda, biz isə əks tərəfdə idik.
 
O iş otağından, biz də olduğumuz yerdən çıxana qədər görüş yeri olaraq ortaq bir yerdə görüşdük. Cənab Putin bizi maşına qədər yola saldı.
 
Təbii ki, niyyət pis olanda, bunu yazmırlar, göstərmirlər”, - deyə Ərdoğan vurğulayıb.