Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8427
  • RUB0,0220
  • NEFT$30.64
^
XƏBƏR LENTİ

Azərbaycan-Rusiya sərhədi bağlandı

16-03-2020, 16:30 Baxış: 331
Azərbaycan-Rusiya sərhədi bağlandı
 
Azərbaycan-Rusiya sərhədləri müvəqqəti olaraq bağlanıb.
 
24media xəbər verir ki, martın 16-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.
 
Telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.
 
Belə ki, hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.
 
Nazirlər kabineti bildirib ki, ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək və uçuşların qrafikinə dair əlavə məlumat veriləcəkdir.
 
Yük maşınlarının sürücüləri istisna təşkil edəcək.