Bakı 25° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9066
  • RUB0,0248
  • NEFT$38.41
^
XƏBƏR LENTİ

Gürcüstanda bir sıra məhdudiyyətlər ləğv edilib

18-05-2020, 09:40 Baxış: 26
Gürcüstanda bir sıra məhdudiyyətlər ləğv edilib
Bu gündən Gürcüstanda gözəllik salonları və bərbərxanaların, həmçinin estetika mərkəzlərinin fəaliyyəti bərpa edilib.
 
Gürcüstan Qurumlararası Koordinasiya Şurasının xüsusi tövsiyələri əsasında sözügedən iş yerlərinin fəaliyyətlərini bərpa etmələrinə icazə verilib.
 
Bundan başqa, qonşu ölkədə üç nəfərin bir yerə toplaşmasına qoyulan qadağa da götürülüb.
 
10 və daha çox adamın bir yerə toplaşması, sürücü də daxil olmaqla, üçdən artıq adamın eyni nəqliyyat vasitəsində səyahət etməsinə qoyulan qadağa qüvvədə saxlanılıb.
 
Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət rejimi mayın 22-də başa çatacaq.