Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Gürcüstanda 100-dən çox uşaq və yeniyetmə koronavirusa yoluxub

1-06-2020, 14:27 Baxış: 382
Gürcüstanda 100-dən çox uşaq və yeniyetmə koronavirusa yoluxub
 
Gürcüstanda koronavirusla bağlı 57 768 şühbəli hal müəyyən edilib və onların 794-ü təsdiqlənib.
 
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
 
Onun sözlərinə görə, ölkədə COVID-19-a yoluxanların 78%-i artıq sağalıb, xəstəlikdən ölüm göstəricisi isə 1,5% təşkil edir.
 
A.Qamkrelidze deyib ki, 723 uşaq koronavirusla bağlı müayinədən keçirilib:
 
"0-14 yaş arasında olan 72 uşaq, 15-19 yaş arasında olan 32 yeniyetmədə virus aşkarlanıb”.