Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Rusiyada referendum

1-07-2020, 10:38 Baxış: 522
Rusiyada referendum
Vladimir Putin ümumxalq səsverməsində iştirak edib

Rusiyada elektron səsvermə dünən başa çatıb.

Rusiyada səs fəallığının ən cox olduğu region Çeçenistan Ruspublikasıdır.

Rusiya prezidenti Vladimir Putin konstitusiyaya düzəlişlə bağlı referendumda iştirak edib.

Kreml lideri Rusiya Elmlər Akademiyasında 2151 saylı seçki məntəqəsində səsvermə hüququndan yararlanıb.

Koronavirus pandemiyası ilə əlaqədar 1 həftə əvvəl başlayan seçkilər bu gün yekunlaşacaq.

Konstitusiyaya düzəliş prezident Vladimir Putinin 2036-cı ilə əlaqədar növbəti dəfə prezident seçilməsinə əsas verir.

Xatırladaq ki, Putin 10 martda Dövlət Dümasında çıxışı zamanı konstitusiyaya dəyişikliyi dəstəklədiyini bildirib və referenduma çağırış edib.

Dəyişiklik, eyni zamanda, müşahidəçi Dövlət Şurasının yaradılmasını, rus dilinin əsas dövlət dili olaraq qorunmasını və məhz qarşı cinslər arasında nikahın əsas evlilik forması kimi saxlanılmasını nəzərdə tutur.