Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Moskvada azərbaycanlılarla ermənilər arasında daha bir neçə toqquşma olub

25-07-2020, 07:57 Baxış: 228
Moskvada azərbaycanlılarla ermənilər arasında daha bir neçə toqquşma olub
 
Rusiyanın paytaxtı Moskvada ermənilərlə azərbaycanlılar arasında yenidən toqquşmalar baş verib.
 
Bu barədə Altaba.az Rusiya mətbuatına istinadən xəbər verir. Bildirilir ki, Bratislavask küçəsində ermənilər azərbaycanlılara hücum edib.
 
Məlumata görə, daha bir hadisə Yeni Moskva şəhərində, "Salarevo” metrostansiyasının yaxınlığında qeydə alınıb.
 
Bildirilir ki, toqquşma zamanı hər iki tərəfdən onlarla insan iştirak edib. Rusiya mətbuatı şəhərin digər rayonlarında da diaspor təşkilatları nümayəndələri arasında toqquşmaların olduğunu xəbər verib.
 
Ölkənin Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi hələlik baş verənlərlə bağlı hər hansı açıqlama yaymayıb.