Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Nisanov Lavrovla görüşdü: ermənilər bazara buraxıldı

26-07-2020, 09:22 Baxış: 274
Nisanov Lavrovla görüşdü: ermənilər bazara buraxıldı
Moskvada azərbaycanlı milyarderlərə məxsus "Fud Siti” (Food City) ərzaq bazarında erməni məhsullarının satışı artıq ötən gündən bərpa edilib.
 
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddia edilib ki, bazarın sahiblərindən olan Qod Nisanov bununla bağlı bəyanat yayıb.
 
Bəyanatda bazarın sahibi milli diskriminasiyaya yol verilməyəcəyini elan edib. Rusiya Erməniləri Birliyinin mətbuat xidməti də rəsmi Feysbuk səhifəsində bununla bağlı məlumat paylaşıb.
 
Bildirilib ki, ermənilərin bazara buraxılması Qod Nisanovun Rusiya XİN rəhbəri S.Lavrovla görüşündən sonra mümkün olub.
 
Qeyd edək ki, yayılan iddialara "Fud Siti”nin rəsmi İnstaqram səhifəsində hər hansı təsdiq və ya təkzib verilməyib.
 
Amma "Fud Siti"nin də daxil olduğu "Kiyevski ploşad" Şirkətlər Qrupu Direktorlar Şurasının sədri Qod Nisanova istinadla belə bir bəyanat yayıb. Bəyanatda "milli diskriminasiyaya bundan sonra yol verilməyəcəyi" xüsusi qeyd edilib.
 
Q.Nisanovun S.Lavrovla görüşü isə 23 iyulda baş tutub.
 
Belə ki, S.Lavrovun erməni və azərbaycanlı icmaları ilə görüşündə erməniləri Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan, azərbaycanlı icmasını isə Qod Nisanov təmsil edib.