Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Rusiyada 3 qatar toqquşub, stansiyanın dəmiryolu xətti sıradan çıxıb, xəsarət alanlar var

29-07-2020, 08:37 Baxış: 234
Rusiyada 3 qatar toqquşub, stansiyanın dəmiryolu xətti sıradan çıxıb, xəsarət alanlar var
 
Rusiyanın Sankt-Peterburq şəhərində Malaya Balkanskaya küçəsində yerləşən "Kupçinskaya” yük stansiyası yaxınlığında dəmiryolu qəzası baş verib.
 
Altaba.az "spbdnevnik.ru”ya istinadən xəbər verir ki, 2 lokomotivin və 1 yük qatarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
 
Şəhər Təcili Yardım Stansiyasından bildirilib ki, yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, digəri – qapalı kəllə-beyin travması alan Djanelidze soyadlı stansiya işçisi tibbi yardımdan imtina edib.Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Regional Baş İdarəsinin məlumatına görə, qatarların toqquşması saat 14:00-da qeydə alınıb.
 
Bildirilib ki, qəza nəticəsində üç lokomotiv və qoşquda olan boş yük vaqonu, eləcə də dəmiryolu xətti sıradan çıxıb. Hadisə yerinə 20 xilasedici və 5 texnika göndərilib.
 
"Oktyabrskaya” Dəmiryolu İdarəsinin mətbuat xidməti hadisənin sərnişin qatarlarının hərəkətinə mənfi təsir göstərməyəcəyini bildirib.