Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Gürcüstan MSK xaricdə seçki məntəqələri açmağı planlaşdırır

9-09-2020, 16:55 Baxış: 137
Gürcüstan MSK xaricdə seçki məntəqələri açmağı planlaşdırır
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə əlaqədar olaraq ölkə xaricində seçki məntəqələri açmağı planlaşdırır.
 
"Altaba”nın yerli bürosu xəbər verir ki, bu barədə MSK sədri Tamar Jvania "İmedi” telekanalına bildirib.
 
Onun sözlərinə görə, Gürcüstanın Xarici İşlər Nazirliyindən ölkə kənarında seçki məntəqələrinin yaradılması üçün heç bir maneənin olmadığı bildirilib: "MSK xaricdə olan vətəndaşlarımızın səsvermədə fəal iştirakına imkan yaratmaq üçün seçki məntəqələri açmağı planlaşdırır”.
 
Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər 2020-ci il oktyabrın 31-də keçiriləcək