Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü başladı - YENİLƏNİB

15-05-2016, 17:32 Baxış: 369
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü başladı - YENİLƏNİB

Görüş Qəbələdə keçirilir.

Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz ilə ikitərəfli formatda danışıqlar aparılması üçün görüşüb.

Tezis.Az xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.

Qonaq Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb.

Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib.

Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov, Tinatin Xidaşeli və İsmət Yılmaz arasında üçtərəfli görüş başlayıb.Görüşdə təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq.Üçtərəfli görüşdən sonra müdafiə nazirləri mətbuat konfransı keçirəcəklər.