Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

“Seçkilərdə azərbaycanlı namizədlərin qələbə çalacağına şübhəm yoxdur” Giorgi Kvirikaşvili

20-08-2016, 22:03 Baxış: 449

“Seçkilərdə azərbaycanlı namizədlərin qələbə çalacağına şübhəm yoxdur” Giorgi Kvirikaşvili

 "Parlament seçkilərində deputatlığa namizədliyini vermiş azərbaycanlı vətəndaşlarımızın seçiləcəyinə mənim heç bir şübhəm yoxdur.  Onlar bu seçkilərdə qalib gələcəklər”.Bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili  "Gürcü Arzusu-Demokratik Gürcüstan” tərəfindən parlament seçkilərində  azərbaycanlı namizədlər haqqında bildirib. 

O, açıqlamasında azərbaycanlı namizədlərin peşəkar olduqlarını, yerli problemləri dərindən bildiklərini bildirib: "Bizim bu namizədlərin qalib gələcəyinə heç bir şübhəmiz yoxdur”, - deyə baş nazir qeyd edib. 

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilərdə iştirak etmək üçün "Gürcü Arzusu-Demokratik Gürcüstan”-dan Qardabanidən Savalan Mirzəyev və Marneulidən Ruslan Hacıyev və digər şəxslər namizədliyini irəli sürüblər. 

Xatırladaq ki, Gürcüstanda parlament  seçkiləri oktyabrın 8-də keçiriləcək.