Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Putininin əsas rəqibinə- Aleksey Navalnıya hücum etdilər

17-05-2016, 15:09 Baxış: 414
Navalnı və korrupsiya ilə mübarizə fondunun əməkdaşlarının döyülmə anı
Navalnı və korrupsiya ilə mübarizə fondunun əməkdaşlarının döyülmə anı

Anapa limanında müxalifət lideri Aleksey Navalnı və korrupsiya ilə mübarizə fondunun əməkdaşlarını döyüblər. ANS PRESS-in məlumatına görə, müxalifətçi bu haqda şəxsi "Twitter" səhifəsində yazıb. Onun sözlərinə görə, limanda 30 nəfər onların üstündə düşüb. 
Fondun mətbuat katibi Kira Yarmış da öz səhifəsində bildirib ki, hücum edən şəxslər, əslində Navalnını və fondun direktoru Roman Rubanovu döymək istəyiblər. Amma daha çox bədən xəsarəti fondunun layihə koordinatoru Artyom Torçinski alıb.
Yarmış, hətta, döyülmə anlarını kameraya alıb və bu hadisəni istər video, istərsə də foto şəklində sosial şəbəkələrdə yayıb.
 
Müxalifət lideri Aleksey Navalnı və korrupsiya ilə mübarizə fondunun əməkdaşlarının olduğu avtobus  Krasnodar diyarı ilə Adıgey respulikası sərhədində saxlanılıb.
Bu barədə öz şəxsi səhifəsində yazan müxalifətçi yazıb ki, onu və bir neçə korrupsiya ilə mübarizə fondunun əmkadaşının olduğu avtobusu polis Krasnodar diyarı sərhədində saxlayıb və bunun hansı səbəbdən etdiyini deməyiblər.
Aleksey Navalnı və korrupsiya ilə mübarizə idarəsinin əməkdaşları Krasnodar polisinin keçirdiyi "Anakonda” əməliyyatı çərçivəsində saxlanılıblar.
 
Aleksey Navalnı - müxalifətçi

Aleksey Navalnı Rusiyada hakimiyyətə qarşı çıxan ən fəal müxalifət lideridir. Kremlə öz ittihamları ilə "qan udduran” müxalifətçi Putinin hakim Vahid Rusiya Partiyasını "dələduzlar və oğrular partiyası” adlandırır. Aleksey Navalnı dəfələrlə həbs edilib. 
Bu ilin fevralında isə müxalifət lideri, Korrupsiya ilə Mübarizə Fondunun yaradıcısı Aleksey Navalnı Moskvanın Tverskoy rayon Məhkəməsində Rusiya prezident Vladimir Putinə qarşı iddia qaldırıb.
A. Navalnının Putinə qarşı qaldırdığı iddiaya görə, ölkə prezidenti korrpusiyaya qarşı mübarizə haqqında federal qanunun tələbini pozub. İddiaya görə, Milli Rifah Fondundan yerli mətbuatda Rusiya prezidentinin kürəkəni kimi qələmə verilən Kiril Şamalovun səhmdarı olduğu Rusiya neftkimya nəhəngi SİBUR-a vəsaitin ayrılması və bu barədə məlumatlı olan Vladimir Putinin fəaliyyətsizliyi qanunsuzdur.