Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Putin Qarabağla hərəkətə keçdi- mühüm gəlişmə

17-05-2016, 19:48 Baxış: 720

Putin Qarabağla hərəkətə keçdi- mühüm gəlişmə

Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Gələn ay Qarabağın yekun həlli üçün danışıqlara başlanacaq
Onun sözlərinə görə, Putin həmçinin ölkə daxilində mövcud olan aktual məsələləri müzakirə edib.
"İclas iştirakçıları Vyanada baş tutan Azərbacycan və Ermənistan prezidentlərinin görüşü kontekstində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fikir mübadiləsi aparıblar”, - Peskov deyib.
Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan müzakirələrin detalları barədə başqa məlumat verilməyib.
Aprel ayının əvvəllərində baş vermiş "4 günlük müharibə”dən sonra ABŞ və Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırıblar. ABŞ-ın dövlət katibi Con Kerri məlum müharibədən sonra Rusiya xarici işlər nazirinə 6 dəfə zəng vuraraq Qarabağ münaqişəsini müzakirə edib.
Daha sonra ötən gün Azərbaycan və Ermənistan prezidentlərinin Avstriyanın paytaxtı Vyanada görüşü baş tutub. Görüşdə ATƏT-in Minsk qrupunun həmsdərləri, Con Kerri, Sergey Lavrov və Fransa xarici işlər naziri Jan-Mark Eyro iştirak edib.
Gərgin keçən danışıqlardan sonra Sergey Lavrov jurnalistlərə məlumat verib ki, İlham Əliyev və Serj Sarkisyan iyun ayında Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün növbəti görüşün yeri və vaxtı ilə bağlı razılığa gələcək.