Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Saakaşvili Gürcüstana köçmək qərarından imtina edib

9-10-2016, 17:56 Baxış: 250
Saakaşvili Gürcüstana köçmək qərarından imtina edib
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vətəninə bir dəfəlik qayıtmaq niyyətində deyil.
 "112 Ukrayna” xəbər verir ki, Saakaşvili fəaliyyətini Ukraynada davam etdirəcəyini deyib.
"Mən bura qastrol səfərinə gəlməmişəm. Döyüş meydanını tərk edə bilmərəm. Lakin birmənalı olaraq seçkilərdən sonra öz ölkəmə kömək üçün Gürcüstana gedəcəyəm. Öz hesabıma məzuniyyət götürəcəyəm və yaxın günlərdə hər hansı bir proseslərə cəlb olunacağam”, - deyə Saakaşvili vurğulayıb.
 Sabiq prezident bəyan edib ki, seçkilərdən sonra maneəsiz şəkildə Gürcüstana gedib-gələ biləcək: "Bütün polislərin, silahlı qüvvələrin bizim tərəfimizdə, yəni dövlətçilik və qanunvericiliyin tərəfində olduğu vaxt heç kim mənə barmağını da toxundura bilməz”.
 Saakaşvili çıxışında Ukraynada yaşayacağını, Gürcüstana köçməyəcəyini vurğulayıb.