Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Müdafiə naziri: “Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığı inkişaf edir”

7-11-2016, 15:22 Baxış: 228
Müdafiə naziri: “Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığı inkişaf edir”

Gürcüstanın müdafiə naziri Levan İzoriya "100 gün və müdafiə sahəsində strateji inkişaf” adlı hesabatla çıxış edib. 

Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, daxili işlər naziri Giorgi Mqebrişvili, dövlət strukturlarının rəhbərləri, Azərbaycan və Türkiyə səfirliklərinin rəsmiləri, hərbi attaşelər, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. 

L. İzoriya Gürcüstan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırışın bərpa olacağını bildirib. O, hərbi çağırışın yeni formada həyata keçiriləcəyini qeyd edib. 

Gürcüstanın müdafiə naziri jurnalistlərə açıqlamasında Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib: "Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli format  çərçivəsində əməkdaşlıq getdikcə inkişaf edir. İstəyirik ki, regionun təhlükəsizliyi yüksək səviyyədə olsun. Buna görə də üçtərəfli görüşlərimizi davam etdirəcəyik və münasibətlərimizi gücləndirəcəyik”.