Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

BİR GÜN ÇIXIB GETSƏN....

23-04-2017, 23:00 Baxış: 719
BİR GÜN ÇIXIB GETSƏN.... 
Topla yollarımdan izlərini get,
Alıb nəğmələrdən sözlərini get,
Silib gözlərimdən gözlərini get.
Ele get gözlərim gezməsin seni,
Bir gün çıxıb getsən...

Bütün ümidləri əlimdən al,get,
Məni sönməz oda, atəşə sal, get,
Cismini apar get, ruhumda qal, get.
Elə get gözlərim gəzmesin seni,
Bir gün çıxıb getsən...

Boylanıb yollara baxmayım, çıx get,
Bu sevgi dünyamı əlinlə yıx get,
Nəyin var, nəyin yox, ömrümdən yığ get.
Ele get gözlerim gəzməsin seni,
Bir gün çıxıb getsən...

Getmək istəyirsən dayanma, tez get,
Elimdən tutduğun əlini üz, get,
Qelbimdə həsrəti, hicranı süz, get.
Ele get gözlərim gəzməsin səni,
Bir gün çıxıb getsən...

Xatiren qoy qalsın, dayanma sən, get,
Geciksən yoluna düşəcək çən, get,
Yağdırıb başıma ağappaq dən, get.
Elə get gözlərim gəzməsin seni,
Bir gün çıxıb getsən...

Yozdurub gördüyüm röyaları get,
Puç edib o sənli xəyalları get,
Ağladıb qəlbimdə arzuları, get.
Elə get gözlərim gəzməsin səni,
Bir gün çıxıb getsən...

Görsən ağlayıram, bir anlıq bax, get,
Süzülüb gözümdən, qəlbimə ax, get,
Qelbimi odlara son dəfə yax, get.
Elə get gözlərim gəzməsin səni,
Bir gün çıxıb getsən..
Bir gün çıxıb getsən...