Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Bünyamin Qəmbərlidən '28 MAY' TƏBRİKİ

27-05-2017, 11:14 Baxış: 3 732
Bünyamin  Qəmbərlidən '28  MAY'  TƏBRİKİ
Məhəmməd Əmin Rəsulzadə deyirdi:
Ey gənclik!
Sənin öhdəndə böyük bir vəzifə var.
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!
Bəli, sevimli tələbələrimiz, əziz gənclərimiz, bizdən əvvəlki nəsil "yoxdan bir bayraq, ideal bir rəmzi yaratdi” , çar Rusiyasının 1813 və 1828-ci illərdə işğal etdiyi, uzun iller işğal altında saxladığı vətən torpaqlarının bir hissəsini işğaldan qurtararaq Azərbaycan Xalq Cümhuriyyətini qurdu və yaratdığı ideal rəmzi, yüksəltdiyi ÜÇRƏNGLİ BAYRAĞI vətən səmalarında dalğalandırdı. Ancaq 1920-ci il aprel ayının 28-də bolşevik Rusiyası sələfi çar Rusiyasının imperialist siyasətini davam etdirərək Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoydu. Bizim nəsil böyük Məhəmməd Əmin Rəsulzadənin dediyi "Azərbaycan Türkiərinin yanıq ürəklərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı” təkrar qaldıraraq "BİR KƏRƏ QALXAN BAYRAQ BİR DAHA ENMƏZ" deyimini təsdiqlədi və müstəqilliyimizi bərpa etdi.
 Ey millətimizin qürur qaynağı, umud yeri olan gənclərimiz, bu gün sənin ilk və əsas vəzifən nəyin bahasına olur olsun vətənimizin azadlığını və dövlətimizin müstəqilliyini qorumaq, ikinci vəzifən isə, millətimizin bütün bu çətinlik və sıxıntılardan qurtarması üçün çağdaş Azərbaycan Dövlətinin hakimiyyətini 800 min kv. km.-dən böyük vətən torpaqlarında bərqərar etməklə Bütöv və Böyük Azərbaycan dövlətini qurmaq və bu dövləti dünyanin ən inkişaf etmiş, güclü dövlətlərindən birinə çevirməkdir!
Ey minillik dövlətçilik ənənəsinə sahib bir xalqın gələcəyi olan bugünkü nəsil, Böyük Atatürk dediyi kimi, sənin "...Varlığının və gələcəyinin yeganə təməli budur. Bu təməl, sənin ən qiymətli xəzinəndir. Gələcəkdə də, səni bu xəzinədən yoxsun buraxmaq (məhrum etmək) istəyəcək iç və dış (daxili və xarici) düşmənlərin olacaq.
  Bağımsızlıq (İstiqlal) və Cümhuriyyətini yox etmək istəyən düşmənlər, bütün dünyada tayı-bərabəyi görünməmiş qələbələr qazanmış ola bilər. Zor və hiylə ilə əziz vətənin bütün qalaları (şəhər və kəndləri) ələ keçirilmiş, bütün limanlarına girilmiş, bütün orduları dağıdılmış və ölkənin hər bucağı işğal edilmiş ola bilər. Bütün bu vəziyyətdən daha qorxunc və acınacaqlısı, ölkənin içində iqtidara sahib olanlar duyarsız (laqeyd), azğın və hətta xəyanət etmiş ola bilər. Üstəlik bu iqtidar sahibləri, şəxsi çıxarlarını yurdumuza girmiş işğalçıların siyasi istəkləri ilə birləşdirə bilərlər.
Böyük Səfəvi imperiyasının qurucusu Şah İsmayıl övladlarına vəsiyyətində deyirdi ki, "Yurdumuzun bir qarış torpağını bir ovuc qızıldan, dilimizin bir kiçik sözünü bir ölçü ləl-cəvahirdən üstün tutdum!”
Ey böyük imperiyalar quran Qara Yusifin, Həsən bəy Bayandırın, Şah İsmayılın, Şah Təhmasibin, Şah Abbasın, Nadir Şah Əhşarın, Ağaməhəmməd Şah Qacarın əziz xələfi olan AZƏRBAYCAN GƏNCLİYİ, bu müstəqillik günündə səni atəşli sevgi ilə qutlayır, bu müqəddəs vəzifəni şərəf və qürurla yerinə yetirəcəyinə əminliyimi bildirir və sənə bu yolda başarılar diləyirəm!
Bünyamin Qəmbərli