Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

----NECOLDU ?!---

17-11-2017, 23:06 Baxış: 580
----NECOLDU ?!---Sənsiz bu dünyanı neylərəm  dedin,
Bağrımın başını teylərəm  dedin.
Ömrünü gülüstan eylərəm dedin,
Verdiyin o vədlər, sözlər , necoldu?!
Qəlbini intizar odları yaxan,
Həsrət yollarında  hər an darıxan,
Mənə məhəbbətlə, sevgiylə baxan,
O kövrək baxışlar, gözlər, necoldu?!
Göynəyir sinəmdə bu eşqin xalı,
Kədər yollarıma  döşəyib  xalı.
Ruhumu üşüdür həsrət  tonqalı,
Sevgi ocağında közlər , necoldu?!
Dərdin qapıları açıldı qəfil,
Arzular qul oldu,duyğular səfil.
Xəbərin oldumu, ey dili-qafil,
Solmuş gül yanaqlar, üzlər, necoldu?!
Ömrün çoxu gedib, azı ağlayır,
Sinəmdə bu eşqin sazı ağlayır.
Saçımda əlinin nazı  ağlayır!
Vəfasız, o doğma izlər, necoldu?!
 
YASƏMƏN QƏYYUMLU