Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

ALMA AĞACI

3-12-2017, 20:27 Baxış: 516
 ALMA AĞACI
Musa Urud poeziyasından...
ALMA AĞACI

Məni kəlbətin kimi sıxır, əzir bu axşam
hamı çəkilib gedib, meydanda tək qalmışam.
Sözlərimi canımdan çəkərək mismar kimi
Sənə deyim dərdimi, alma ağacı.
Demə, nə qəribəyəm,
Əlim gəlməz, dərib yeyəm.
Yaman düşdüm qəribliyə
Boşluğa atılmış güllə səsi kimi.
Sənə deyim dərdimi, alma ağacı.

Qızıl alma axan çayda
Muradımız axdı, getdi.
Qızıl balığlar tərg oldu,
Qızıl qanlar axır indi.
Bu axşam, bəlkə hamıdan
Allah sənə yaxın indi.
Öz qılıncına doğranmaq
hünərdimi, alma ağacı?
Sənə deyim dərdimi, alma ağacı.

Ömür sürdük, adımızı bilmədik,
Torpaq əkdik, dadın – duzun bilmədik.
Dilimizə öz dilimiz deməyə
Özgələrdən izn, rüsxət istədik.

Nə qədər ki, öz – özünə qənimik,
Nə qədər ki, ata – ana qəmiyik.
"Qardaş” – deyib, göndəririk qabağa,
"Vur” – deyirik, arxasınca gəlmirik.
Nə qədər ki, içimizdən satan var
Nə qədər ki, arxamızdan qaçan var.
Qaytar məni gətirdiyin dünyaya. 
Kəndir asılası nə gözəl haçan var,
Alma ağacı,
Kətil çəkən özümüzdən tapılar,
Alma ağacı!