Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

“BİR GƏNCİN MANİFESTİ- TALEYİNİ DƏYİŞƏN FATİMƏ,YOXSA, DƏYİŞMƏYƏN TALEH BAĞIZADƏ.. “

6-04-2018, 20:16 Baxış: 573
“BİR GƏNCİN MANİFESTİ- TALEYİNİ DƏYİŞƏN FATİMƏ,YOXSA, DƏYİŞMƏYƏN TALEH BAĞIZADƏ.. “
Nardarandan orta əsr qaranlığı düzəltmək istəyənlərə qəhrəmanlıq epopeyası kimi bir cavabdır,bu qızın hekəyəti.
Diqqətlə oxuyun dostlar,”modern” az saytının və dəyərli Elşad bəyin,Gülşən xanımın sayəsində film kimi bir həyat səlnaməsini gündəlik informasiya axınlarına qatıb üzərindən sakit keçməyin.
Bakının bir kəndində-qəsəbəsində 89-larda Meydan hərəkatına töhfə verən yüzlərlə insan görmüşdüm.
Onlar bir millətin azadlığı üçün döyüşürdülər.Yadımdadır,kommunist partiyasıın canişinləri və dtk-çı generallar inanclı adamların kütləvi tədbirlərin əsas nüvəsini təşkil etməsinə qarşı min cür hiyləyə əl atırdılar,lakin paytaxtın ucqarlarından hayqıran adamlar hər gün baş qaldırıb axın-axın Qorbaçova qarşı üsyan və etiraz səsləri qaldırırdılar.indi məxfi qrifdən çıxan materaillarda o dövrün mənzərəsini və Siyasi Büronun gizli toplantılarında nələrin müzakirə edildiyini aydın görmək olur.Amma millət artıq oyanmışdı və onun qabağını heç kəs ala bilməzdi.
Təsadüfi deyil ki,Xalq Cəbhəsinin liderləri əsil ideya adamları olan maştağalıları,nardaranlıları,balaxanılaları və digər inqilab ocaqlarını əsas zərbə qüvvəsi sayıb onlara tribunanın ön cərgəsində yer verirdilər.Sonra Əbülfəz bəyin hakimiyyətə gəlişi zamanı da həmin periferiyadakı adamların hörmət-izzətini saxlamaq üçün bir neçə ünlü simanı iqtidara aldılar.Lakin sözüm bunda deyil.
Sonra qonşu ölkələr Nardaranda hakimiyyətə gəldilər.
Din ixracında xilafət kimi böyük təcrübəyə sahib olan dövlətlər Qarabağ kimi Bakıətrafı qəsəbələri də mənən bizdən qoparıb ayırmağı bacardılar.Mənə çox maraqlıydı ki,yalnız dini əqidəyə görəmi 7 minə yaxın insanın gözünü bağlamaq mümkün olmuşdu,yoxsa,burada başqa texnologiyalar da tətbiq olunmuşdu.Bir sosial xidmət qurumunun rəhbəri mənə danışırdı ki,su və ya qaz xətti çəkmək üçün onlarla podratçı qurumun nümayəndəsini kəndin adamları döyüb qovurdular və beləcə müasir infrastrukturdan kənarda qalan əhali getdikcə daha çox asiləşir,Yaxın Şərqin yeraltı müxalifətinə çevrilirdi.Ən dəhşətlisi,bütün divarları,həyat simvolikası başdan-başa müqəddəs kitablardan seçmə kəlamlarla dolu olan bir məkan həm də elektrik enerjisinə yaranmış borclara görə,yaxud,hərbi xidmətə yola düşməyən oğulların sanki yad ordulara xidməti üçün tam hazır bir məhlul halına gəlmişdilər.İşıq yanmırsa,orda yalnız qaranlıq hökmranlıq edəcək.
Sonra Taleh Bağırzadə adlı bir gəncinin zirzəmi müxalifətçiliyi başladı və artıq arxasında cəhalətin,fanatizmin tüğyan elədiyi bir qəsəbədən əl bağdadilər yetişdirmək,şeyx nəsrullahların ordusuna mücahid ixrac etmək elə də çətin deyildi.Mövcud hakimiyyətə qarşı dirənişi imamların cihadçı idealları ilə birləşdirən kimi 21-ci əsr şühədaçılığı meydana çıxdı.
Hər halda siyasi islam ona görə min illərdi hakimiyyət uğrunda mübarizənin silahına çevrilir ki,orada təhsili ayaqlar altına salmağı bacarırlar. Diqqət yetirin,başını bağlamağa məcbur edilən Fatimə uca peyğəmbərimizin kəlamını necə uğurla azadlığının tutarqasına çevirir.
O deyir:”təhlükəsizliyiniz üçün hicab bağlayın”.İslamı doqma və əsarət silahına döndərənlərə ən böyük cavab budur.Ona görə deyəllər ki,hər kəs öz məqsədləri üçün axtardığı ideologiyanı tapar.Peyğəmbərin qızı Fatimənin iltifatlı,səxavətli və yüzlərlə ilahi keyfiyyələri üstünə onun Mədinə qadınlarına müəllimliyi, elmliyi islam qadının ən parlaq obrazı sayılmalıydı.
Ona görə də nardaranlı bir qız-bəlkə də mücahid,canlı bomba kimi hazırlanan yüzlərlə digər fatimələrdən yalnız təhsilinə görə fərqli taleyə sahib ola bilib.Əmiləri,dayıları və yüzillik buxov ənənələrini düzüb-qoşan digər qohumların müqavimətini yaran adamın qəhrəmanlıq romanına necə alqış deməyəsən.
Adam zəncirləri bir əsr əvvəl qıran Şərq qadınının ən gözəl obrazlarından biridir.
Məktəbə gedəndə başını açıb,ev həbsxnasına qayıdanda diktat altına düşməsi,patriarxal cəmiyyətin digər yasaqları zəncir kimi onun qollarını kəsir.
Sonra erkən nikah.Başı ilə bərabər taleyinə də qapalı bir hücrədə qırar verənlər onu psixi bir xəstənin qırmanclı ağuşuna atırlar.
Adama elə gəlir ki,genetik yaddaşında yalnız kobudluq,kişi diktatı və patrirxatın ən qəddar üsullarını yaşadanlar gəlib birdən-birə Bakının bağlarında peyda olublar və onlar ayfonlu,aypədli şeyx əhmədlərdir.
Yazıq Cəlil,yazıq Sabir 100 il əvvəl Qoriyə gedən oğullarımızı görəndə ürəkləri riqqətə gəlib sevincdən az qala partlayırdı.
Bir özgə ölkədə Fatimə Şərqin Janna d Arkı sayılar,ona bədii əsərlər həsr olunardı.Görün, Hətəmxan ağanın sarayında Parisi partladanların bu dəfə Şahbaz bəyi yox,onun nişanlısının qarşısını kəsmək üçün nələrə əl atıblar.Ən dəhşətlisi,”sən oxumaqla bizim nəsli pozor edirsən” kəlmələridir.Gerçəkdən rəzillik və utanc səhnələridir.Fiziki korluq heç zaman eyib sayıla bilməz.Lakin bəsirət gözlərini bağlayanları necə qılınclamayasan. Baxın,Britaniyada təhsil hüququ qazanan döyüşçü Janna-Fatimə sonrakı illər necə uğurla öz millətinə xidmət edir.Dünən bir qəsəbənin bağlı zirzəmisində çürüyən, yalnız mətbəx əşyası və doğum konveyeri kimi ömrü sürən statistik məxluq bu gün xalqı ilə səngərdə vuruşan böyük mənəviyyatlı bir əskərə çevrilib.Taleh Bağırzadəni Misirin "Müsəlman qardaşları” kimi göylərə qaldıran yüzlərlə informasiya quruluşu Fatimənin haqqında bir cümlə belə yazmayacaq.
O cümlədən,gedib Avropadan Azərbaycana həqarət yağdıranlar üçün də belə dəmir dəbilqəli xanımar əsil kişilik obrazı olduqları üçün yəqin əcinnə kimi görünürlər.Halbuki iblis özləridir.
Tüpürcəkli demokratiya qurmaq istəyən uzun saçlı cadugərlər hər gün terrorra və siyasi qətllərə çağırırlar.
Baxın,Parisə,Amsterdama və Berlinə sığınan kmi az qala Hitleri tapıb özlərinə lider seçməyə hazır olanlar faşizmin tankı ilə gəlib Bakını tutmağa hazırdılar.
Fatimə isə ləyaqətlə,əzmlə və mərdliklə milləti üçün cəfakeşlik edir.
O yaxşı bilir ki,bəyənat istehsalı ilə ortaya məhsul qoyanlarla müqayisədə bir yetimin,sayılın,kimsəsizin işinə yaramaq əsil xalq quruculuğunun tərkib hissəsidir.Yoxsa,iblis Voland kimi-Bulqakovun obrazları yan-yönərəndə səni qarabaqara izləyəcəklər.
Nardaranı işığın ünvanına çevirən bir qızı simvollaşdırıb o məktəbin qabağında Fatiməyə heykəl qoymaq lazımdır.
Belə obrazları heç yazıçı təxəyyülü belə uydura bilməzdi.
6 aprel tarixinin qəhəmanı mənim üçün o oldu-tanımadığınız Fatimə..
Belə manifestləri kinoya,sənət əsərlərinə çevirin,cənablar.
Qoy milət öz qəhrəmanını tanısın.
Öz övladlarını qır qazanlarına atmaqdan yorulmayan milyonlara mayak olacaq Fatimə...